...

Bakı-Təbriz-Bakı birbaşa aviareysi açılır

Cəmiyyət Materials 19 İyun 2012 18:04 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" şirkəti iyulun 3-dən etibarən Bakı-Təbriz-Bakı marşrutu üzrə uçuşlara başlayacaq.
Bakı-Təbriz-Bakı birbaşa aviareysi açılır

Azərbaycan, Bakı, 19 iyun /Trend/

"Azərbaycan Hava Yolları" QSC iyulun 3-dən etibarən Bakı-Təbriz-Bakı marşrutu üzrə uçuşlara başlayacaq. Trend-in məlumatına görə, birbaşa uçuşlar oktyabrın 27-dək davam edəcək.

Uçuşların ATR-42 tipli təyyarələrlə həftənin çərşənbə axşamı və şənbə günləri yerinə yetirilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat üçün: + (99412) 598-88-80 və ya *8880.

Xəbər lenti

Xəbər lenti