...

Azərbaycanda IV ixtisas qrupuna sənəd verənlər üçün "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb

Cəmiyyət Materials 20 İyul 2012 14:55 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin IV ixtisas qrupu və orta hərbi tibb məktəbinə sənəd verən abituriyentlər üçün "Abituriyentin imtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.
Azərbaycanda IV ixtisas qrupuna sənəd verənlər üçün "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin IV ixtisas qrupu və orta hərbi tibb məktəbinə sənəd verən abituriyentlər üçün "Abituriyentin imtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.

Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, bunun üçün abituriyentlər TQDK-nın rəsmi saytına daxil olaraq vərəqəni çap etməlidirlər.

Buraxılış vərəqəsi imtahanda iştirak üçün tələb olunan sənədlərdən biridir. "İmtahana buraxılış vərəqəsi"i və şəxsiyyət vəsiqəsi olmadıqda abituriyentin imtahanda iştirakı mümkünsüz olur.

Xəbər lenti

Xəbər lenti