...

Avqustun 1-dən Azərbaycanın orta ixtisas təhsil müəssisələlərinə ümumi orta təhsil bazasında ərizə qəbuluna başlanır

Cəmiyyət Materials 27 İyul 2012 11:26 (UTC +04:00)
Avqustun 1-dən orta ixtisas təhsil müəssisələlərinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbuluna başlanır. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi ənənəvi mətbuat konfransında Tələbə qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib
Avqustun 1-dən Azərbaycanın orta ixtisas təhsil müəssisələlərinə ümumi orta təhsil bazasında ərizə qəbuluna başlanır

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/

Avqustun 1-dən Azərbaycanın orta ixtisas təhsil müəssisələlərinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbuluna başlanır. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi ənənəvi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Abbaszadə bildirib ki, orta ixtisas təhsil müəssisələlərinə qəbul imtahanlarında iştirak etmək üçün abuturiyentlər avqustun 1-dən 24-dək internetlə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisələrinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd Qəbulu Komissiyasına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

Komissiya hər gün saat 9.00-dan 17.00-dək fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti