...

Kür çayının Ağstafadan keçən hissəsində suyun səviyyəsi artıb

Cəmiyyət Materials 22 Avqust 2012 12:33 (UTC +04:00)
Kür çayının Ağstafadan keçən hissəsində- Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən gün 11 sm artıb.
Kür çayının Ağstafadan keçən hissəsində suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Kür çayının Ağstafadan keçən hissəsində- Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən gün 11 sm artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda məntəqədə su sərfi saniyədə 100 kub metrdir. Bu isə ongünlük normanın 82 faizidir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla saniyədə 107 kub metr olub.

Avqustun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 6, Şirvanda 7, Bankədə 25, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalıb. Salyanda suyun səviyyəsində dəyişiklik baş verməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2011-ci il avqustun 22-də 429 sm), Şirvanda 205 sm (2011-ci il avqustun 22-də 302 sm ), Salyanda 163 sm (2011-ci il avqustun 22-də 299 sm), Bankədə 223 sm (2011-ci il avqustun 22-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2011-ci il avqustun 22-də 158 sm) təşkil edir.

Yağan yağışlarla əlaqədar avqustun 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 59 sm artım müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti