...

Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin I milli sessiyası işinə davam edir (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2012 20:21 (UTC +04:00)
Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin I milli sessiyası öz işinə davam edir.
Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin I milli sessiyası işinə davam edir (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin I milli sessiyası öz işinə davam edir.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, açılış mərasimindən sonra iştirakçılar 4 komitədə (Xarici işlər, Daxili bazar və istehlakçının qorunması, İnsan hüquqları, Təhsil və mədəniyyət) verilmiş mövzular üzrə müzakirələrə başlayıblar. Mövzular Qafqaz münaqişələri, Suriyada insan hüquqları, Bolonya sistemi və açıq ticarətlə bağlı hazırlanıb. Bu mövzular əsas mövzuya - "Avropaya inteqrasiyanın bir hissəsi ol"a və AGP-nin məqsədlərinə uyğun seçilib.

Üçüncü günün sonunda iştirakçılar bu mövzularla bağlı qətnamə hazırlayacaqlar.

Komitələrdə Böyük Britaniya, Gürcüstan, Türkiyə və Ruminiyadan olan təcrübəli iştirakçılar işin daha da məhsuldar olmasına kömək edirlər.

İkinci günün sonunda sessiyanın bir hissəsi olan "Eurovillage" və "Euroconcert" keçirilib. Eurovillage-də iştirakçılar özləri ilə gətirdikləri yemək, şirniyyat və içkiləri nümayiş etdiriblər. Euroconcert-də isə iştirakçılardan bəziləri öz musiqi məharətlərini göstəriblər.

Xəbər lenti

Xəbər lenti