...

"Həyatla oyun" rayonlarda nümayiş etdiriləcək

Cəmiyyət Materials 24 Sentyabr 2012 19:57 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin, eləcə də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə köməyi ilə "Həyatla oyun" adlı teatr tamaşası hazırlanıb.
"Həyatla oyun" rayonlarda nümayiş etdiriləcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Gənclər və İdman Nazirliyinin, eləcə də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə köməyi ilə "Həyatla oyun" adlı teatr tamaşası hazırlanıb.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.6.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə həyata keçirilib.

Tamaşanın premyerası 21 iyun 2012-ci il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.

Narkomaniya və QİÇS-ə qarşı mübarizə baxımından əhəmiyyətini nəzərə alan Gənclər və İdman Nazirliyi, oktyabrın 25-27-də Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında tamaşanı nümayişini təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti