...

Qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi hazırda da davam edir - institut direktoru

Cəmiyyət Materials 8 Oktyabr 2012 17:32 (UTC +04:00)
Qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi son onilliklərdə daha qabarıq müşahidə olunur və bu proses hazırda da davam edir.
Qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi hazırda da davam edir - institut direktoru

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi son onilliklərdə daha qabarıq müşahidə olunur və bu proses hazırda da davam edir.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutundan bazar ertəsi Trend-ə verilən məlumata görə, bunu institutun direktoru Akif Əlizadə İtaliyanın Sardiniya adasında keçirilmiş "Dənizin sahilində: Dördüncü dövr geoloji mərhələdə çöküntülər, geomorfologiya, tektonika və stratiqrafiya" adlı 5 günlük beynəlxalq konfransda çıxışı zamanı deyib.

Tədbirdə iştirak edən azərbaycanlı alimlər bildiriblər ki, Dördüncü dövrdə (2,588 milyon il bundan əvvəl) Qara dənizlə ara-sıra əlaqəli olan Xəzər bu günə qədər geoloji qabarma-enmə və qlobal istiləşmə proseslərinə məruz qalıb. Nəticədə dənizin səviyyəsi xeyli azalıb, ərazisi kiçilib və qapalı hövzəyə çevrilib.

Azərbaycan alimləri Xəzərin səviyyəsindəki uzunmüddətli dəyişmələri tektonik proseslərlə izah ediblər. Qısamüddətli və tez-tez baş verən dəyişmələrin səbəbi kimi isə iqlim dəyişmələri göstərilib.

Dördüncü Dövr Tədqiqatları üzrə Beynəlxalq Birliyin Avropa Dördüncü Dövr Bölməsi tərəfindən təşkil olunan tədbirə İngiltərə, Almaniya, Fransa, İtaliya, Rusiya və digər ölkələrin alimləri də qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti