...

"Türk Hava Yolları" 15 yeni təyyarə alacaq

Cəmiyyət Materials 9 Oktyabr 2012 12:53 (UTC +04:00)
"Türk Hava Yolları" şirkəti 2016-cı ilədək "Airbus" firmasının А330-300 tipli 15 yeni təyyarəsini almağı planlaşdırır.
"Türk Hava Yolları" 15 yeni təyyarə alacaq

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Tağıyeva/

"Türk Hava Yolları" şirkəti 2016-cı ilədək "Airbus" firmasının А330-300 tipli 15 yeni təyyarəsini almağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Yeni Şəfəq" qəzeti xəbər verir.

"Türk Hava Yolları" və "Airbus" arasında imzalanmış müqaviləyə əsasən, bir təyyarənin orta qiyməti 231 milyon dollar təşkil edir.

Hazırda "Türk Hava Yolları" 195 təyyarədən istifdə edir. Şirkət 2012-ci ildə sərnişinlərin sayını 38 milyona çatdırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti