...

Vergilər Nazirliyi işə qəbul elan edir

Cəmiyyət Materials 11 Oktyabr 2012 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Dövlət vergi orqanlarına xidmətə qəbul olunmaq üçün müsabiqəyə sənəd qəbulu elektron ərizə formasında oktyabrın 15-dən noyabrın 11-dək aparılır.

İştirak etmək istəyənlər bu müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalı, namizədin müvafiq kodunu almalıdırlar. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat əldə edə bilər.

Sənədləri qəbul edilən namizədlər noyabrın 28-dən dekabrın 1-dək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

Müsabiqənin test imtahanı dekabrın 2-də TQDK-nın müəyyən etdiyi yerdə keçiriləcək. "Elektron ərizə" forması internet vasitəsi ilə tərtib edilən zaman hər hansı problem yaranarsa, namizədlər 403-87-52 nömrəli telefonla Vergilər Nazirliyinə, nazirliyin inzibati binasının qəbul otağına, Bakı Şəhər Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət idarəsinə, ərazi vergilər idarələrində ayrılmış xüsusi otaqlara və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız aşağıda qeyd olunan vakant yerlərdən birinə işə qəbul üçün ərizə ilə müraciət edə bilər.

- 3 saylı Ərazi Vergilər İdarəsi - 3 ştat vahidi (Quba şəhəri)

- 5 saylı Ərazi Vergilər İdarəsi - 1 ştat vahidi (Şirvan şəhəri)

- 6 saylı Ərazi Vergilər İdarəsi - 6 ştat vahidi (Lənkəran şəhəri)

- 8 saylı Ərazi Vergilər İdarəsi - 3 ştat vahidi (Beyləqan şəhəri)

- 9 saylı Ərazi Vergilər İdarəsi - 6 ştat vahidi (Göyçay şəhəri)

- 11 saylı Ərazi Vergilər İdarəsi - 1 ştat vahidi (Yevlax şəhəri)

- 13 saylı Ərazi Vergilər İdarəsi - 1 ştat vahidi (Zaqatala şəhəri)

- 14 saylı Ərazi Vergilər İdarəsi - 4 ştat vahidi (Şəmkir şəhəri)

- Laçın Rayon Vergilər Şöbəsi - 3 ştat vahidi ((Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsi)

- Xocavənd Rayon Vergilər Şöbəsi - 2 ştat vahidi (Beyləqan rayonu)

- Füzuli Rayon Vergilər Şöbəsi - 2 ştat vahidi (Horadiz rayonu)

- Ağdam Rayon Vergilər Şöbəsi - 2 ştat vahidi (Bərdə şəhəri)

Qeyd edirik ki, hüquqşünas və mühasib vəzifələrinə yalnız hüquqşünas və iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış vətəndaşlar ərizə verə bilərlər. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti