Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda daha bir yolun yenidənqurma və bərpasına başlanılıb.
Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Amşar, Nügədi, Püstəqasım, Qam-Qam, Təngəaltı yaşayış məntəqələrindən keçən Quba-Qonaqkənd avtomobil yolunun uzunluğu 46 km-dir.
0-30-cu km-lər 3-cü dərəcəli asfalt-beton, 31-46-cı km-lər isə 4-cü dərəcəli çınqıl örtüyə malikdir.
Yol boyu 84 ədəd dəmir-beton boru, 3 ədəd körpü vardır. Yolun 3-cü dərəcəli yola uyğunlaşdırılması üçün 36-cı km-dən başlayaraq torpaq işləri və dəmir-beton boruların tikintisi davam etdirilir.