...

Özalın cəsədinin yarılması haqqında hesabat başa çatmayıb

Cəmiyyət Materials 2 Noyabr 2012 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin sabiq prezidenti Turqut Özalın cəsədinin qalıqlarından analiz üçün götürülən toxuma nümunələrinin araşdırılması ilə bağlı hesabat hələ yekunlaşmayıb. Trend-in cümə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Məhkəmə Ekspertiza İnstitutunun direktoru Haluk İnce bildirib.

Onun sözlərinə görə, hesabat yaxın vaxtlarda hazır olacaq və prokurorluğa təqdim ediləcək.

Cümə günü Türkiyənin "Bu gün" qəzeti yazıb ki, toxuma nümunələrinin araşdırlması nəticəsində zəhərlənmə əlamətləri aşkar edilib.

Qəzetin məlumatına görə, analiz üçün götürülən material nümunələrində Özalın ölümünə səbəb olan müəyyən miqdarda güclü təsirə malik strixnin zəhəri aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti