...

Həftənin ilk iş günü Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir

Cəmiyyət Materials 25 Noyabr 2012 15:05 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 26-da Azərbaycan ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.
Həftənin ilk iş günü Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir

Azərbaycan, Bakı, 25 noyabr / Trend müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 26-da Azərbaycan ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında, əsasən, duman, çiskin, axşamdan başlayaraq yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Ölkəni dağlıq ərazilərində yağıntıların sulu qara, qara keçəcəyi ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti