...

QHT: Azərbaycanda 2012-ci ildə 6 nəfər mina partlaması nəticəsində həlak olub

Cəmiyyət Materials 30 Noyabr 2012 14:41 (UTC +04:00)
2012-ci ilin 11 ayı ərzində 14 hadisə nəticəsində 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
QHT: Azərbaycanda 2012-ci ildə 6 nəfər mina partlaması nəticəsində həlak olub

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.Mehdiyev/

2012-ci ilin 11 ayı ərzində 14 hadisə nəticəsində 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov rəhbərlik etdiyi təşkilatın araşdırmalarını təqdim edərkən deyib.

O qeyd edib ki, aparılan təhqiqatlara, regional koordinatorlardan və digər mənbələrdən alınan məlumatlara görə, nəticədə 2 mülki şəxs həlak olub və 4 mülk şəxs (bir nəfər 15 yaşlı uşaq PHS-dən) yaralanıb. Bundan başqa 3 hərbiçi həlak olub və 6 hərbiçi yaralanıb.

Onun sözlərinə görə, 2012-ci ildə minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Goranboy (4 hadisə), Füzuli (3 hadisə), Tərtər (3 hadisə), Ağdam (3 hadisə) və Tovuz (1 hadisə) rayonlarının ərazisində baş verib.

Dünya ölkələri üzrə mina qurbanları barədə danışan Səfixanov qeyd edib ki, son il ərzində qeydə alınan yeni mina qurbanlarının sayı kəskin şəkildə azalaraq 4 min 286 nəfərə çatıb. Ancaq bütün bunlara baxmayaraq, hələ də hər gün 12 insan mina partlayışlarından həlak olur və ya yaralanır.

O bildirib ki, dünya üzrə həyata keçirilmiş 37 layihə nəticəsində 325 min piyada əleyhinə və 30 min tank əleyhinə mina təmizlənib ki, bunun da nəticəsində 190 kvadrat kilometr ərazi istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti