...

Azərbaycanda dağınıq skleroz xəstələrinin sayı açıqlanıb

Cəmiyyət Materials 21 Dekabr 2012 15:06 (UTC +04:00)
Hazırda Azərbaycanda dağınıq skleroz xəstəliyindən əziyyət çəkən 600-dən çox insan var. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Azərbaycanda dağınıq skleroz xəstələrinin sayı açıqlanıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda dağınıq skleroz xəstəliyindən əziyyət çəkən 600-dən çox insan var. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Onun sözlərinə görə, ölkə Prezidentinin sərəncamı və Nazirlər Kabinetinin qərarı ilə bu yaxınlarda dağınıq skleroz xəstələri ilə bağlı dövlət poqramı qəbul olunub. Həmin proqram dağınıq skleroz xəstələrinin pulsuz müayinə və müalicə olunmasına imkan verir.

Poladov bildirib ki, artıq gələn ildən 600-dən çox dağınıq skleroz xəstəsi dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına pulsuz müayinə və müalicə olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti