...

İranda qadınlara motosiklet yarışlarında iştirak etməyə icazə verilib

Cəmiyyət Materials 27 Dekabr 2012 19:06 (UTC +04:00)
İranda qadınlara motosiklet yarışlarında iştirak etməyə rəsmən icazə verilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Young journalists' club" agentliyi İranın Motoavto Federasiyasının (MAFIRI) vitse-prezidenti Hüseyn Şəhriyariyə istinadən məlumat verir.
İranda qadınlara motosiklet yarışlarında iştirak etməyə icazə verilib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

İranda qadınlara motosiklet yarışlarında iştirak etməyə rəsmən icazə verilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Young journalists' club" agentliyi İranın Motoavto Federasiyasının (MAFIRI) vitse-prezidenti Hüseyn Şəhriyariyə istinadən məlumat verir.

"Bu məsələni İranın Gənclər və İdman Nazirliyi ilə razılaşdırdıqdan sonra MAFIRI qadınlara idman yarışlarında motosiklet sürmək hüququ verilməsi üçün lisenziya almağa nail olub", - Şəhriyari jurnalistlərə deyib.

Onun sözlərinə görə, qadınlar arasında motosiklet yarışlarında iştirak etmək istəyənlərin sayı çox olduğundan onların qanunsuz yolla motosiklet sürməsi halları baş verib.

"İndi belə qanunsuz fəaliyyətə lüzum yoxdur. Onlara motosiklet yarışçısı olmağa rəsmən icazə verilib", - Şəhriyari deyib və əlavə edib ki, rəsmi lisenziya almaq üçün 7 ay vaxt tələb olunub.

Onun sözlərinə görə, qadınların motosiklet sürməsi dini qaydalarla ziddiyyət təşkil etmir və buna görə də onlar yarışlarda sərbəst iştirak edə, eyni zamanda, sürücülük vərdişlərini yaxşılaşdıra bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti