...

Şahbuz rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edildi

Cəmiyyət Materials 22 Fevral 2013 14:39 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilib.
Şahbuz rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edildi

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir M.Əliyev/

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilib.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında bu barədə qanun qəbul olunub.

Qanun layihəsini təqdim edən Regional komitənin sədri Arif Rəhimzadənin sözlərinə görə, dəyişikliklərə əsasən, Şahbuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Şahbuz şəhəri ilə həmsərhəd olan Ayrınc kəndinin ərazisindən 92,8 ha, Daylaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Daylaqlı kəndi ərazisindən 274,8 ha torpaq sahələri, habelə ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət Reyestrindən çıxarılan Qarababa kəndinin 1454 ha təşkil edən ərazisi bütövlükdə Şahbuz şəhərinin inzibati ərazisinə verilir.

Həmçinin ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət Reyestrindən çıxarılmış Qarababa kənd inzibati ərazi dairəsinin mərkəzi Qarababa kəndindən Ayrınc kəndinə keçirilirn və Qarababa kənd inzibati ərazi dairəsi Ayrınc kənd inzibati ərazi dairəsi hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti