...

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Parisdə iki azərbaycanlının döyülməsi ilə bağlı Fransa səfirinə müraciət hazırlayıb

Cəmiyyət Materials 28 Fevral 2013 10:44 (UTC +04:00)
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Fransanın Bakıdakı səfiri Paskal Mönyeyə Parisdə iki azərbaycanlının döyülməsi ilə bağlı mövqeyini rəsmi olaraq bildirməsi xahişi ilə müraciət hazırlayıb.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Parisdə iki azərbaycanlının döyülməsi ilə bağlı Fransa səfirinə müraciət hazırlayıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Fransanın Bakıdakı səfiri Paskal Mönyeyə Parisdə iki azərbaycanlının döyülməsi ilə bağlı mövqeyini rəsmi olaraq bildirməsi xahişi ilə müraciət hazırlayıb.

Şuradan Trend-ə verilən məlumata görə, müraciət edən Milli Şura, səfir tərəfindən Fransada Azərbaycan diaspora nümayəndələrinə qarşı olan aqressiyanın mühakimə olunmasını gözləyir.

Paskal Mönyeyə müraciətdə, Azərbaycan ictimaiyyətini döyülmə faktının araşdırılması haqqında mütəmadi olaraq məlumatlandırmaq və həmçinin bununla bağlı Fransa höküməti, Fransanın Xarici İşlər Nazirliyi və Fransa Milli Məclisi tərəfindən rəsmi olaraq üzr istənilməsi xahişi də yer alıb.

Xatırladaq ki, ötən gün, iki azərbaycanlı - Mirvari Fətəliyeva və Vüsal Hüseynov Fransa Milli Məclisi binasında erməni diasporası tərəfindən keçirilən tədbir zamanı döyülüb.

"Hörmətli cənab səfir, Fransa və Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, Azərbaycan-Erməni münaqişəsinin həll olunmasında öz məsuliyyətini və rolunu başa düşən ən güclü erməni diasporasının yer aldığı bir ölkədə Azərbaycan diasporasından 2 nümayəndənin döyülməsi xəbəri bizim üçün çox gözlənilməz oldu" - müraciətdə deyilir.

Erməni diasporasının tədbiri, fransız deputat, ermənipərəstliyi ilə tanınan Fransua Roşeblounun təşəbbüsü ilə keçirilib. O, nəinki bu aqressiyanın qarşısını almırdı, əksinə, aqressiyanı dəstəkləyirdi.

Vüsal Hüseynov daxili orqanlarından ciddi xəsarətlər və qabırğa sınığı alıb. Mirvari Fətəliyevanın sözlərinə görə, heç kim onun kömək çağırışlarına fikir vermirdi. Yalnız davamlı fiziki zorakılıqlara məruz qaldıqdan sonra, hadisə yerinə polis və ilkin tibbi yardım gəlib.

"Biz əminik ki, məsələnin vacibliyini anlayaraq, Fransa məhkəməsi obyektiv şəkildə araşdırma aparacaq və bu hadisə iki ölkə arasındaki münasibətlərdə qara ləkə kimi həkk olunmayacaq" - deyə, Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının sədri Şahin Seyidzadə tərəfindən imzalanmış müraciətdə qeyd olunur.

Müraciət məktubu tezliklə Azərbaycan, İngilis və Fransız dillərində Fransanın Azərbaycandakı səfirliyinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti