...

Deputat İsmayıllı ziyalıları ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 18 Mart 2013 14:42 (UTC +04:00)
Mart ayının 16-da Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.
Deputat İsmayıllı ziyalıları ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Mart ayının 16-da Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Rayon İcra Hakimiyyətinin dəvəti ilə rayon ziyalıları ilə keçirilən görüşdə Bakı şəhərindən, xarici ölkələrdə yaşayan İsmayıllılar və yerli təşkilatların rəhbərləri də iştirak etmişər. Rayonun inkişafı istiqamətində keçirilən bu görüşdə yeni təklif və rəylər səsləndirilmiş, gələcək inkişaf yolları barədə müzakirələr aparılmışdır. Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov öz çıxışında rayondakı problemlər, problemlərin həllindən və nəzərdə tutulmuş yeni obyektlər barədə söhbət açmışdır.

Millət vəkili Novruz Aslanov öz çıxışında regionların sosial-iqtisadi inkişafından, İsmayıllı rayonunun mövcud problemlərindən və bu sahədə aparılan islahatlardan söhbət açmışdır. Bütün rayon sakinlərinin səfərbər olaraq bu problemlərin həllində birgə çalışmağın vacibliyini vurğulamış və dövlətçiliyin inkişafına öz əməlləri ilə töhfə verməyə çağırmışdır.

Yerlərdən də maraqlı təkliflər səsləndirilmiş, yerli ziyalılar çıxış edərək rayonun inkişafı üçün işlərin aparılmasında yaxından iştirak edəcəklərini bildirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti