...

TQDK buraxılış imtahanı verəcək şagirdlərlə bağlı bazanın formalaşdırılmasını yekunlaşdırır

Cəmiyyət Materials 2 Aprel 2013 14:56 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün buraxılış imtahanı verəcək şagirdlərlə bağlı "Şagird-Məzun" sistemi məlumatlar bazasının formalaşdırılması işini yekunlaşdırmaq üzrədir.
TQDK buraxılış imtahanı verəcək şagirdlərlə bağlı bazanın formalaşdırılmasını yekunlaşdırır

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün buraxılış imtahanı verəcək şagirdlərlə bağlı "Şagird-Məzun" sistemi məlumatlar bazasının formalaşdırılması işini yekunlaşdırmaq üzrədir.

Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, hazırda IX siniflər üzrə 120597 şagird, XI siniflər üzrə 93542 şagird (cəmi 214139 şagird) sistemə daxil edilib. Bu da daxil edilməli olan məlumatların 98 faizini təşkil edir.

TQDK ölkənin ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərdən "Şagird-Məzun" sisteminə daxil olmalarını, şəxsi məlumatlarını və keçən ilki qiymətlərini yoxlamalarını xahiş edir. Şagirdlər əgər hər hansı bir uyğunsuzluq aşkar edərlərsə, bu barədə tədris müəssisələrinin rəhbərlərinə məlumat versinlər.

Qeyd edək ki, şagirdlər sistemə iş nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsi və ya TİMS kodundan istifadə etməklə daxil ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti