...

Nuşirəvan Məhərrəmli: Serial çəkən şəxslər biznes arxasınca qaçmamalıdırlar

Cəmiyyət Materials 10 Aprel 2013 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir M.Əliyev/

Serial çəkən şəxslər biznes arxasınca qaçmamalıdırlar. Trend-in məlumatına görə, bunu çərşənbə günü Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

"Serial çəkən şəxslər biznes arxasınca qaçmamalıdırlar. Çünki dövlət birbaşa buna vəsait ayırır ki, serial çəkən şəxslər biznesi yox, cəmiyyətin maraqlarını birbaşa ifadə edən seriallar ortaya qoysunlar", - o deyib.

Məhərrəmli qeyd edib ki, ssenarilərin seçilməsində xüsusi problemlər var. "Təəssüf ki, əsas məsələ xəyanət, intiqam üzərində, iş adamı, onun ətrafında olan kriminal dəstə ətrafında qurulur", - o qeyd edib.

Məhərrəmli bildirib ki, seriallara vəsaitin ayrıldığı birinci mərhələ hazırlıq prosesi idi, indi isə daha çox keyfiyyət məsələsinə fikir veriləcək.

"Adətən, bu məsələlərlə bağlı özəl kanallar daha çox tənqid olunurlar. Özəl kanallar əsasən biznes maraqları üzərində yaranıblar, burada işlər reklam üzərində qurulub. Amma dövlət büdcəsindən vəsait ayrılan kanalların bu məsələdə daha fəal olmaları lazımdır, onlar özəl kanalların arxasınca getməməlidirlər", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti