...

Azərbaycanda yeni Peşə Tədris Mərkəzi yaradılır

Cəmiyyət Materials 23 Aprel 2013 15:45 (UTC +04:00)
Nazirlər Kabinetindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nın (2007-2012-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.4-cü bəndinə əsasən, İqtisadi İnkişaf Nazirliyinin və Təhsil Nazirliyinin təklifləri əsasında yaradılır.
Azərbaycanda yeni Peşə Tədris Mərkəzi yaradılır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yeni Peşə Tədris Mərkəzi yaradılır.

Nazirlər Kabinetindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nın (2007-2012-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.4-cü bəndinə əsasən, İqtisadi İnkişaf Nazirliyinin və Təhsil Nazirliyinin təklifləri əsasında yaradılır. Peşə Tədris Mərkəzində sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanması təmin ediləcək.

İqtisadi İnkişaf Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Peşə Tədris Mərkəzinin fəaliyyətinin təmin edilməsinə dair tədbirlər planını 15 gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti