Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir. Trend-in məlumatna görə, bu yığıncaqda AMEA-nın prezidenti vəzifəsinə seçki keçiriləcək və AMEA Rəyasət Heyətinin yeni üzvləri müəyyənləşdiriləcək.
Trend-in məlumatına görə, iclası AMEA prezidenti vəzifəsini icra edən Akif Əlizadə açaraq bildirib ki, ötən ilin aprelində keçirlmiş son yığıncaqdan sonra AMEA-nın 9 alim dünyasını dəyişib.
İclasda həmin alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra iclasın gündəliyi səsə qoyularaq qəbul edilib.
İclasın gündəliyində AMEA-nın 2012-ci ildəki fəaliyyətinə dair məruzə, AMEA prezidenti vəzifəsinə seçki və AMEA Rəyasət Heyətinin üzvlərinin seçilməsi məsələsi daxil edilib.