...

FHN-də Kimyəvi Silahların Qadağan olunması Təşkilatının nümayəndələri ilə görüş olub

Cəmiyyət Materials 26 Aprel 2013 18:09 (UTC +04:00)
Azərbaycan fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Baş direktoru Ahmet Üzümcünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
FHN-də Kimyəvi Silahların Qadağan olunması Təşkilatının nümayəndələri ilə görüş olub

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Baş direktoru Ahmet Üzümcünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı nazir müavini FHN və onun qurumları, eyni zamanda, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Ahmet Üzümçü isə öz növbəsində, Kimyəvi Silahların Qadağan olunması Təşkilatı ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında mövcud əməkdaşlıqdan razılığını vurğulayıb, kimyəvi təhlükəsizlik sahəsində kadr potensialının artırılması və gələcəkdə keçiriləcək təlimlərə FHN mütəxəssislərinin cəlb olunması üçün hər cür dəstək göstəriləcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti