...

Nazmiyə Dəmirəl vəfat edib

Cəmiyyət Materials 28 May 2013 03:07 (UTC +04:00)
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin həyat yoldaşı Nazmiyə Dəmirəl vəfat edib. Trend-in "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Nazmiyə Dəmirəl uzun sürən xəstəlikdən sonra 86 yaşında həyatını itirib.
Nazmiyə Dəmirəl vəfat edib

Azərbaycan, Bakı, 28 may /Trend/

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin həyat yoldaşı Nazmiyə Dəmirəl vəfat edib. Trend-in "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Nazmiyə Dəmirəl uzun sürən xəstəlikdən sonra 86 yaşında həyatını itirib.

Məlumata görə, yoldaşının vəfatı xəbərini alan Süleyman Dəmirəl Başkənt Universiteti Ankara Xəstəxanasına gəlib.

Qeyd edək ki, Nazmiyə Dəmirəl 1927-ci ildə anadan olub. 1948-ci ildən isə Süleyman Dəmirəllə evli olub. 1993-2000-ci illər ərzində Çankaya köşkünə sahiblik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti