...

"Coca-Cola Bottlers Azerbaijan" iki il ardıcıl olaraq Afrika və Avrasiya məkanında fəaliyyət göstərən 10 ən yaxşı zavod sırasına düşdü

Cəmiyyət Materials 12 İyun 2013 15:59 (UTC +04:00)
"Azerbaijan Coca-Cola Bottlers" (ACCB) şirkəti "Ən yaxşı zavodu olan ölkə" nominasiyasında 92 ölkənin 250-dən çox zavodu arasında 10 ən yaxşı zavod sırasına düşüb.
"Coca-Cola Bottlers Azerbaijan" iki il ardıcıl olaraq Afrika və Avrasiya məkanında fəaliyyət göstərən 10 ən yaxşı zavod sırasına düşdü

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Azerbaijan Coca-Cola Bottlers" (ACCB) şirkəti "Ən yaxşı zavodu olan ölkə" nominasiyasında 92 ölkənin 250-dən çox zavodu arasında 10 ən yaxşı zavod sırasına düşüb. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Şirkət bu uğurunu keyfiyyət sayəsində nailiyyəti, yüksək sabitlik və sosial məsuliyyət hesabına qazanıb.

ACCB şirkəti "Grand Prix" Dayanıqlı Prezident mükafatı ("Ən yaxşı zavodu olan ölkə") nominasiyasında iki il ardıcıl olaraq irəli sürülüb. Nominasiya "The Coca-Cola Company Eurasia & Africa Group" tərəfindən keçirilir.

ACCB beynəlxalq münsiflər heyəti tərəfindən 92 ölkənin 250-dən çox zavodu arasında 10 ən yaxşı zavod siyahısına salınıb.

Münsiflər heyəti qiymətləndirməni şirkətin ətraf mühitin mühafizəsində roluna, məhsulun yüksək keyfiyyətə cavab verməsinə və yerli insanların həyatında ümumi payındakı roluna əsasən aparıblar.

"Biz öz fəaliyyətimizin hər aspektində inkişafın ümumi sabitliyini təmin etməyə çalışırıq", - deyən Coca-Cola Eurasia and Africa Group-un prezidenti Natan Kalumbu qeyd edib ki, bu hadisə bizə təbii ehtiyatların qorunub saxlanmasındakı öhdəlikləri anlamağa imkanı verir. Öz məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə güvənmək "Coca-Cola Company" şirkətinin əsas prioritetlərindən biridir.

Coca-Cola Azerbaijan-ın baş meneceri Lisani Atasayan vurğulayıb ki, ACCB 9 milyonluq əhaliyə yüksək keyfiyyətli 9 müxtəlif brend təklif edir: Coca-Cola, Coca-Cola Zero, Coca-Cola light, Fanta, Sprite, Fuse Tea, Burn, Cappy, BonAqua.

"İşimizin əsas məqsədi yüksək keyfiyyətli məhsul təqdim etməkdir. Bu, yüksək beynəlxalq standartlara cavab verir. Mükafat mərasimində mən öz şirkətimizi təmsil edirdim və Azerbaijan Coca-Cola Bottlers-ın Coca-Cola sistemində ən yaxşı şirkət kimi tanınması məndə fəxr hissi doğurur", - deyən Atasayan əlavə edib ki, ACCB şirkəti könüllülər və "Coca-Cola" əməkdaşlarının iştirakı ilə "Məktəblərdə və ev şəraitində təhlükəsiz içməli su", "Çimərliklərin iməciliyi günü" kimi ətraf mühitin qorunması üçün layihələr həyata keçirir. Bütün bunlar cəmiyyətdə ətraf mühiti qorumaq üçün ehtiyac anlayışını artırmaq üçün edilir.

"Azerbaijan Coca-Cola Bottlers" Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə məktəblərdə layihələr həyata keçirməklə milli futbolun bir hissəsi olmaq niyyətindədir, Azərbaycan Milli Olimpiya Komitəsi ilə isə birgə sağlam və fəal həyat tərzinin təbliği üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti