...

Azərbaycanda iyul ayının hava proqnozu açıqlandı, bəzi ərazilərdə 40 dərəcə isti olacaq

Cəmiyyət Materials 28 İyun 2013 10:53 (UTC +04:00)
İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Aylıq yağıntının miqdarının əksər rayonlarda normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Azərbaycanda iyul ayının hava proqnozu açıqlandı, bəzi ərazilərdə 40 dərəcə isti olacaq

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Aylıq yağıntının miqdarının əksər rayonlarda normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.


Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperatur 25-27° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 21-25° isti təşkil edəcək. Gündüzlər 29-34° isti, bəzi günlərdə 35-39°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.


Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperatur 25-28° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 17-22° isti, bəzi günlərdə 25°-dək yüksələcək. Gündüzlər 30-35° isti, bəzi günlərdə 36-40°-dək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Orta aylıq temperatur 17-20° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 11-16° isti təşkil edəcək. Gündüzlər 21-26° isti, bəzi günlərdə 28-33°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 36-73 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperatur 24-27° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 18-23° isti təşkil edəcək. Gündüzlər 29-34° isti, bəzi günlərdə 35-38°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 10-32 mm) olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında


Orta aylıq temperatur 22-25° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 16-21° isti təşkil edəcək. Gündüzlər 26-31° isti, bəzi günlərdə 33-36°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək (norma 9-118 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


Orta aylıq temperatur 26-28° isti gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 19-24° isti, bəzi günlərdə 26°-dək isti təşkil edəcək. Gündüzlər 32-36° isti, bəzi günlərdə 37-40°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə
isə bir qədər çox (norma 3-22 mm) olacağı gözlənilir.

Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperatur 24-26° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 19-24° isti təşkil edəcək. Gündüzlər 30-35° isti, bəzi günlərdə 36-38° isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı gözlənilir.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti