...

İstirahət günü Azərbaycanda əsl çimərlik havası olacaq

Cəmiyyət Materials 29 İyun 2013 12:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 30-da Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti hökm sürəcək, şimal-qərb küləyi, gündüz cənub küləyi ilə əvəz olunacaq.
İstirahət günü Azərbaycanda əsl çimərlik havası olacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

İstirahət günü Azərbaycanda əsl çimərlik havası olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 30-da Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti hökm sürəcək, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 30-da hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-37, bəzi yerlərdə 39 dərəcə, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti