...

Bakı Metropoliteninin "Sahil" stansiyasında eskalatorların hərəkət sürəti azaldılıb

Cəmiyyət Materials 3 İyul 2013 17:11 (UTC +04:00)
Bakı Metropoliteninin "Sahil" stansiyasında eskalatorların hərəkət sürəti saniyədə 0,9 m/san-dən 0,75 m/san-yə endirilib.
Bakı Metropoliteninin "Sahil" stansiyasında eskalatorların hərəkət sürəti azaldılıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İzzət/

Bakı Metropoliteninin "Sahil" stansiyasında eskalatorların hərəkət sürəti saniyədə 0,9 m/san-dən 0,75 m/san-yə endirilib.

Trend Metropolitenin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə eskalatorlarda yeni mühərriklər quraşdırılıb.

Məlumata görə, sərnişinlərin təhlükəsizliyi məqsədilə edilən bu yenilik eskalatorun pilləsinə ayaq qoyan andan sərnişinin özünü daha rahat hiss etməsinə şərait yaradır:

"Sürətin azaldılması, ilk növbədə, təhlükəsizliyin artırılması baxımından vacib idi. Stansiya Dənizkənarı Milli Parka - insanların daha çox istirahət etdiyi məkana yaxın olduğundan stansiyadan yaşlı insanlar, körpə və azyaşlı uşaqlarla olan vətəndaşlar çox istifadə edir. Müşahidələr, təhlillər də göstərir ki, sürətin azaldılması daha çox onların karına gəlib".

Bundan əlavə, yeni mühərrikli eskalatorlar əvvəlkindən bir saat ərzində 15 kVt daha az enerji sərf edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti