...

Türkiyə Müdafiə Sənayesi Müstəşarlığının nümayəndələri FHN-də olublar

Cəmiyyət Materials 15 İyul 2013 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyində (FHN) Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, iyulun 15-də Azərbaycanın fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Türkiyə Müdafiə Sənayesi Müstəşarlığının nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nümayəndə heyəti nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti