Azərbaycan, Bakı, 26 iyul /Trend/
Atatürk Hava Limanında pasport qeydiyyatı sistemindəki texniki nasazlıqlara görə gecikmələr yaranıb. Bu barədə Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
Qəzetin verdiyi məlumata əsasən, Atatürk Hava Limanının pasport qeydiyyatı sisteminə haker müdaxiləsi olub və buna görə də sistemdə yaranan nasazlıq bir çox beynəlxalq uçuşların gecikməsi ilə nəticələnib.
Uçuşların nə vaxt bərpa ediləcəyi barədə dəqiq məlumat verilmir.