...

Həftənin ilk iş günü yağış yağacaq

Cəmiyyət Materials 28 İyul 2013 17:04 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Həftənin ilk iş günü yağış yağacaq

Azərbaycan, Bakı, 28 iyul /Trend/

İyulun 29-da Bakıda və Abşeron yarımadasında gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, havanın temperaturunun gecə 19-23°, gündüz 25-30° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26° olacaq.

Azərbaycanın rayonlarında havanın temperaturunun gecə 17-22°, gündüz 25-30° isti olacağı gözlənilir. Şimşək çaxacaq, arabir yağış yağacaq.

Dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti