...

Sentyabrın 16-da yeni dərs ilinin başlanması ilə əlaqədar Bakıda polis naryadları gücləndiriləcək

Cəmiyyət Materials 14 Sentyabr 2013 12:15 (UTC +04:00)
Sentyabrın 16-da yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin müvafiq xidmətləri gücləndirilmiş iş rejimində işləyəcək, polis naryadları gücləndiriləcək. Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Sentyabrın 16-da yeni dərs ilinin başlanması ilə əlaqədar Bakıda polis naryadları gücləndiriləcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İzzət/

Sentyabrın 16-da yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin müvafiq xidmətləri gücləndirilmiş iş rejimində işləyəcək, polis naryadları gücləndiriləcək. Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi avtomobil sıxlığı yaranmaması üçün paytaxt sakinlərinə və qonaqlara müraciət edir və sentyabrın 16-da şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti