...

Miqrasiya orqanlarında çalışanların sosial təminatı gücləndiriləcək

Cəmiyyət Materials 29 Oktyabr 2013 13:39 (UTC +04:00)
Miqrasiya orqanlarında çalışanların sosial təminatı gücləndiriləcək. Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Miqrasiya oqranlarında qulluq keçmə haqqında" Əsasnaməyə dəyişiklik edildikdən sonra qüvvəyə minəcək.
Miqrasiya orqanlarında çalışanların sosial təminatı gücləndiriləcək

Azərbaycan, Bakı, 29 oktyabr / Trend, müxbir M.Əliyev/

Miqrasiya orqanlarında çalışanların sosial təminatı gücləndiriləcək. Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Miqrasiya oqranlarında qulluq keçmə haqqında" Əsasnaməyə dəyişiklik edildikdən sonra qüvvəyə minəcək.

Sənəd barədə məlumat verən Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, miqrasiya orqanları işçilərinin və onların ailələrinin yeni qulluq yerinə köçməsi, habelə əmlakın daşınması xərcləri və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfdən müəyyən edilmiş qaydada ödənilir.

Digər maddəyə edilən dəyişiklik nəticəsində isə qulluq yerlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götütülmüş mənzildə yaşayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində, yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.

Əsasnaməyə edilən dəyişiklik miqrasiya orqanları işçisini və onun ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti