...

Sabah günün ikinci yarısından Azərbaycanda havanın temperaturu enəcək, qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək

Cəmiyyət Materials 14 Noyabr 2013 12:09 (UTC +04:00)
Sabah günü ikinci yarısından başlayaraq noyabrın 16-da Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək.
Sabah günün ikinci yarısından Azərbaycanda havanın temperaturu enəcək, qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah günün ikinci yarısından başlayaraq və noyabrın 16-da Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən Trend-ə bildirilib ki, noyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı gözlənilir, axşama doğru bəzi yerlərdə yağış yağacaq. Gündüz saatlarından başlayaraq axşama doğru şimal-qərb küləyi güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, günün birinci yarısında 18 dərəcə, axşama doğru 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 15-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, lakin axşama doğru bəzi yerlərdə yağış yağacaq. Qərb küləyi gündüz güclənəcək

Aran rayonlarında noyabrın 15-də havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti