...

Təmir və Rebrendinq prosesindən sonra "Park Hyatt Baku" hoteli "Hyatt Regency Baku" kimi fəaliyyət göstərəcək

Cəmiyyət Materials 5 Dekabr 2013 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Mövcud "Hyatt Regency Baku" hoteli müvəqqəti olaraq bağlanır və fəaliyyəti "Park Hyatt Baku" hotelinə keçirilir.

Bu gün "Hyatt Hotels & Resorts" şirkəti "Hyatt Regency Baku" hotelinin müvəqqəti olaraq bağlanmasını və 1 yanvar 2014-cü il tarixindən etibarən cari fəaliyyətini yanaşı binada yerləşən "Park Hyatt Baku" hoteli ilə birləşdirəcəyini elan etdi. Hotelin müvəqqəti bağlanması mövcud "Park Hyatt" hotelində aparılan kompleks təmir işləri ilə eyni vaxta düşür. Sözügedən "Park Hyatt" hoteli isə paralel olaraq həyata keçiriləcək rebrendinq prosesindən sonra "Hyatt Regency Baku" adlanacaq.

"Hyatt Hotels & Resorts" şirkətinin Avropa, Afrika və Yaxın Şərq üzrə I vitse-prezidenti Frenk Levi bildirib: "Biz hotelimizdə qalan qonaqların rəyini öyrəndikdən sonra əmin olduq ki, "Hyatt Regency" brendi Bakıya səfər edən qonaqlarımızın tələbatını ödəmək üçün ən çox uyğun variantdır. Bakı olduqca kosmopolit bir şəhərdir və bura həm istirahət, həm də biznes üçün çoxsaylı turistlər gəlir. Bakı həm də regionun ən mühüm kommersiya və sənaye qovşaqlarından biridir və məhz bunun sayəsində də insanların bir-biri ilə əlaqə qurması və əməkdaşlıq etməsinə şərait yaratmaq üçün nəzərdə tutulmuş "Hyatt Regency" brendi bir mehmanxana kimi hazırda ən əlverişli seçimdir. Hər iki hotelin müvəqqəti olaraq fəaliyyətlərinin cəmləşməsi təmir işlərini asanlaşdıracaq və qonaqlarımızın bir hoteldən digərinə rahat şəkildə köçürülməsini təmin edəcək".

Köçürülmə prosesinin bir hissəsi kimi, bu yaxınlarda yeni əmtəə nişanı almış yenilənələn "Hyatt Regency Baku" hotelinin 159 qonaq otağının hamısında və bütün ümumi sahələrdə əsaslı təmir işləri aparılacaq. Hoteldə keçirilən tədbirlərin təşkilatçıları və həmin tədbirlərdə iştirak edən insanların rahatlığı üçün hotelin konfrans zalları da təmir olunacaq. Hava limanından cəmi 30 dəqiqəlik məsafədə yerləşən bu hoteldə təcrübəli səyyahların və tələbkar biznesmenlərin istəyini qarşılamaq üçün xüsusi kompleks xidmətlər və müxtəlif yemək növləri təklif olunur. Yeni "Hyatt Regency Baku" hoteli öz qonaqlarına özəl restoranı və istirahət guşələri təklif edəcək. Hazırkı "Hyatt Regency" hotelində yerləşən "Britannia Pub" və "Gourmet Shop" barları da öz fəaliyyətini davam etdirəcək və əvvəlki kimi, öz qonaqlarını gülərüzlə qəbul edəcək. Həmçinin "Armaiti Spa" və idman mərkəzləri Bakı bazarında ən yaxşı sağlamlıq və idman mərkəzi kimi öz fəaliyyətini davam etdirəcək.

Bakıdakı "Hyatt" hotelləri üzrə baş menecer Punit Tandon qeyd edib: "Hyatt Regency" brendi bir hoteldə qalmaqla yanaşı bir-biri ilə daimi nüsiyyətdə olmağı arzulayan müştərilərimiz üçün mükəmməl yerdir, belə ki, onlar burada iş barədə düşünmək və ya digər insanlarla əməkdaşlıq edərək, həm də dincəlib öz qüvvələrini bərpa edə bilərlər. Biz yeni hotelin işgüzar səyyahlar üçün mükəmməl mehmanxanaya çevriləcəyinə ümid bəsləyirik".

Təmir işlərindən sonra "Hyatt Regency Baku" hotelinin mövcud 182 otağının yenidən açılıb-açılmayacağı barədə hələ ki qərar verilməyib. Hazırkı "Park Hyatt Baku" hotelinin təmiri və rebrendinqdən sonra "Hyatt Regency Baku" adı ilə fəaliyyətə başlaması 2014-cü ilə təsadüf edəcək.

Daha ətraflı məlumat üçün www.hyatt.com veb-saytına daxil ola bilərsiniz.

"Hyatt Regency" haqqında

"Hyatt Regency" hotelləri dünyanın müxtəlif ölkələrində - həm şəhərlərdə, həm də şəhərətrafı qəsəbələrdə, eləcə də hava limanlarının, konfrans mərkəzlərinin və kurort şəhərlərinin yaxınlığında, rahat mövqelərdə yerləşir. Hotellərdə otaqların sayı 2 minə çatır və burada həm kiçik, həm də böyük iclas zalları var. Həmçinin, bu hotellərdə görüş və toplantıların, habelə biznesmen səyyahların və ya kurortlarda istirahət edən insanların istək və arzularını ödəmək üçün xüsusi kompleks xidmətlər çeşidi və müxtəlif mətbəxtlər təklif olunur. "Hyatt Regency" biznes, istirahət və ya əlamətdar hadisələri qeyd etmək üçün səfərə çıxan bütün qonaqların bir-biri ilə əlaqə yaratmalarına və özlərini yenidən gümrah hiss etmələrinə şərait yaradır.

Daha ətraflı məlumat üçün www.hyattregency.com veb-saytını ziyarət edin.

"Hyatt Hotels Corporation" şirkəti haqqında

Baş ofisi ABŞ-ın Çikaqo şəhərində yerləşən "Hyatt Hotels Corporation" şirkəti bütün dünyada aparıcı mehmanxana şirkəti hesab olunur və hər bir qonağın özünü evdəki kimi tam rahat hiss etməsi sahəsində qazandığı uğurlu təcrübəsi ilə fəxr edir. "Hyatt" ailəsinin minlərlə üzvü özünəməxsus qonaqpərvərlik nümayiş etdirməklə, hər gün qarşıladığı qonaqların həyatında yenilik yaratmağa çalışır. Şirkətin filialları dünyanın altı qitəsində Hyatt®, Park Hyatt®, Andaz®, Grand Hyatt®, Hyatt Regency®, Hyatt Place®, Hyatt House®, Hyatt ZilaraTM və Hyatt ZivaTM brend adları altında hotelləri və kurort şəhərciklərini idarə edir / ticarət adı altında istismar edir, satın alır və inkişaf etdirir. "Hyatt Hotels Corporation" şirkətinin filiallarından biri - "Hyatt Residential Group, Inc." şirkəti "Hyatt ResidencesTM" və "Hyatt Residence ClubTM" əmtəə nişanlarını hazırlayır, istifadə edir, satır və ya lisenziyalaşdırır. 30 sentyabr 2013-cü il tarixinə qədər şirkətin bütün dünya üzrə əmlakı 47 ölkədə yerləşən 535 obyektdən ibarət olmuşdur.

Daha ətraflı məlumat üçün www.hyatt.com veb-saytını ziyarət edə bilərsiniz.

Bu mətbuat açıqlamasında verilən bəzi fikir və mülahizələr gələcəkdə baş verəcək hadisələrə dair məlumatları ehtiva edir və ya həmin məlumatlara əsaslanır və "Özəl qiymətli kağızlar üzrə mühakimə üsulunun islahatı haqqında " ("Private Securities Litigation Reform Act") 1995-ci il qanununun şirkətin təhlükələrin qarşısını almağa imkan verən tədbirlər barədə müddəalarına uyğun olaraq irəli sürülmüşdür. Biz "olacaq", "ola bilər", "gözlənilir", "proqnozlaşdırılır", olmalıdır", "ehtimal edilir", "güman edilir", "nəzərdə tutulur" və ya buna bənzər digər ifadələri istifadə edərkən, proqnozlaşdırılan mülahizələri müəyyən etmək istəyirik. Bu cür mülahizələr çoxsaylı ehtimalların və qeyri-müəyyənliklərin təsirinə məruz qalır və onların çoxu Amerikanın daxili dövlət orqanlarının və ya "Hyatt" şirkətinin iradəsindən asılı olmur və buna görə də, onların təsirinə görə baş verən faktiki nəticələr bu sənədin məzmununda ifadə / eyham olunan nəticələrdən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bu məlumat açıqlamasına gələcəyə dair verilən bəyanatlar yalnız bu sənədin ilk dəfə dərc edildiyi tarixdə mövcud olan vəziyyətdən çıxış edərək irəli sürülmüşdür və tərəflərin heç biri faktiki hadisələr baş verdikcə həmin bəyanatların hər hansı birini rəsmi qaydadayeniləməyi öz öhdəsinə götürmür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti