...

Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

Cəmiyyət Materials 1 Yanvar 2014 13:26 (UTC +04:00)
Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

Azərbaycan, Bakı, 1 yanvar /Trend/

Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Sərəncama uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 14-də Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti