...

Azərbaycan dünyanın əsas beynəlxalq maliyyə institutlarından birinin komitəsinə sədr seçilib

Cəmiyyət Materials 13 Yanvar 2014 16:52 (UTC +04:00)
Azərbaycan dünyanın əsas beynəlxalq maliyyə institutlarından olan Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Maliyyə və Əməliyyat Nəzarəti Komitəsinə sədr vəzifəsinə seçilib.
Azərbaycan dünyanın əsas beynəlxalq maliyyə institutlarından birinin komitəsinə sədr seçilib

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan dünyanın əsas beynəlxalq maliyyə institutlarından olan Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Maliyyə və Əməliyyat Nəzarəti Komitəsinə sədr vəzifəsinə seçilib. Azərbaycanı bu vəzifədə Azərbaycanda Səhiyyə sahəsində beynəlxalq layihələr üzrə Ölkə Əlaqələndirmə Komissiyasının sədr müavini, Rostropoviç-Vişnevskaya Fondunun icraçı fiektoru Soltan Məmmədov təmsil edəcək.

S.Məmmədovun Trend-ə verdiyi məlumata görə, QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond 2002-ci ildən başlayaraq dünyada bu üç xəstəliklə mübarizədə ən əsas beynəlxalq maliyyə institutu kimi fəaliyyət göstərir.

Fond çoxtərəfli əməkdaşlıq prinsipinə əsaslanaraq dünyanın 140 ölkəsinə QİÇS, vərəm və malyariya ilə mübarizədə maliyyə yardımı göstərir. Qlobal Fond dünya üzrə vərəmlə mübarizə sahəsinə göstərilən beynəlxalq yardımın 82%-ini, QİÇS-lə mübarizə sahəsinə göstərilən beynəlxalq yardımın 21%-ini və malyariya ilə mübarizə sahəsinə göstərilən beynəlxalq yardımın 50%-ni təmin edir.

Fond 2005-ci ildən başlayaraq Azərbaycanda Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edərək bu üç xəstəliklə mübarizədə ölkəyə maliyyə yardımı göstərir.

Qlobal Fondun əsas qərar qəbuledici orqanı Direktorlar Şurasıdır. Fondun Direktorlar Şurasına bütün dünya ölkələrini təmsil edən region nümayəndələri və beynəlxalq təşkilatların nümayəndələri daxildir. Şurası üç əsas komitə tərəfindən müzakirə olunub təklif olunan qərarlara əsaslanaraq ölkələrə maliyyə yardımı göstərmək haqqında qərar qəbul edir.

2010-cu ildən Direktorlar Şurasına daxil olan Şərqi Avropa və Orta Asiya regionunun üzvü olan Azərbaycan Şuranın qərarı ilə üç komitədən biri olan Maliyyə və Əməliyyat Nəzarəti Komitəsinə sədr vəzifəsinə seçilib. S.Məmmədov Azərbaycanı bu vəzifədə iki il (2014-2015) ərzində təmsil edəcək.

2005-ci ildən Azərbaycana maliyyə yardımı göstərən Qlobal Fond 2014-2018-ci illər ərzində Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə QİÇS və vərəm xəstəlikləri ilə mübarizədə əməkdaşlığını davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti