...

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

Cəmiyyət Materials 24 Yanvar 2014 12:16 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyi bildirir ki, müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına müraciət edə bilərlər.
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyi bildirir ki, müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına müraciət edə bilərlər.

Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaları üçün müraciət etməmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti