...

2013-cü ildə ağır və xüsusilə ağır cinayət törətmiş 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib

Cəmiyyət Materials 28 Yanvar 2014 16:35 (UTC +04:00)
Azırbaycanda mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə ardıcıl xarakter daşıyıb. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.
2013-cü ildə ağır və xüsusilə ağır cinayət törətmiş 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Azırbaycanda mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə ardıcıl xarakter daşıyıb. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 28-də DİN-də 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirib.

Nazirin sözlərinə görə, qanunsuz olaraq odlu silah saxlamağa və daşımağa görə 34 faiz çox, yəni 134 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd saxta əsginaz çıxarılıb.

R.Usubov onu da qeyd edib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olub. Narkotiklərlə əlaqədar 2577 cinayət, o cümlədən satışı ilə bağlı 677 fakt aşkarlanıb, 135 nəfərdən ibarət 54 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən 619 kq narkotik vasitə çıxarılıb, 65,1 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Həmçinin, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası istiqamətində xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 302 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 80 cinayət faktı müəyyənləşdirilərək 17 nəfər məsuliyyətə cəlb edilib, habelə bu əməllərin qurbanı olmuş 50 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti