Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir T.Cəfərov/
Bəxtiyarilər tayfası İranın İsfahan, Dezful, Əndimeşk, İzə, Şəhrkürd, Əligodərz şəhərlərində Dövlət Televiziyasında "Sərzəmin-e Kohən" (Qədim torpaqlar) adlı serialın yayımına qarşı bu gün etiraz aksiyaları keçiriblər.
Trend-in "Tabnak" xəbər saytına istinadən verdiyi məlumata görə, İranın tanınmış rejissoru Kamal Təbrizi tərəfindən çəkilən bu serialda Bəxtiyarilər tayfasına qarşı təhqiredici ifadələrə yer verilib. Bəxtiyarilər serialın tez bir zamanda dayandırılmasını tələb edirlər.
Məlumata əsasən, İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli məsələyə münasibət bildirib və serialın dayandırılacağını və yayımı üçün yenidən nəzərdən keçiriləcəyini açıqlayıb. İran Dövlət Televiziyasının rəhbəi İzzətullah Zərğami də bu serialın yayımı ilə bağlı yaranmış problemlə əlaqədar müavininə xəbərdarlıq edib. İ.Zərğamı serialların çəkilişi zamanı ölkədə bütün tayfalara, o cümlədən Bəxtiyarilərə hörmətlə yanaşmağı televiziyanın danılmaz prinsiplərindən biri adlandırıb.