Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycan istirahət günlərində yollarında baş vermiş qəzalarda 11 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, bazaar günü - martın 2-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Şənbə günü- martın 1-də isə ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb.