...

Həftəsonu Azərbaycanda "yol terroru"nun qurbanları: 9 ölü, 21 yaralı

Cəmiyyət Materials 17 Mart 2014 15:20 (UTC +04:00)
Novruz bayramı ərəfəsindəki axırıncı həftəsonu yollarda baş verən qəzalarda 9 nəfər ölüb.
Həftəsonu Azərbaycanda "yol terroru"nun qurbanları: 9 ölü, 21 yaralı

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Novruz bayramı ərəfəsindəki axırıncı həftəsonu yollarda baş verən qəzalarda 9 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, martın 15-də və 16-da respublikanın avtomobil yollarında 16 yol qəzası qeydə alınıb. Hadisələr nəticəsində 9 nəfər ölüb, 21 nəfər yaralanıb.

Belə ki, martın 15-də avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Martın 16-da isə ölkə üzrə avtomobil yollarında 8 yol qəzası qeydə alınıb. Baş vermiş qəzalar zamanı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti