...

Bakıda Aeroport yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 27 Mart 2014 10:06 (UTC +04:00)
Bakıda Aeroport yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bakıda Aeroport yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Bakıda Aeorport yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata əsasən, Bakıda Aeroport şossesində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi işləri aparılır. Bu məqsədilə martın 27-si saat 10:30-dan 18:00-a qədər Mərdəkan yol qovşağından Hava limanı yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. Məhdudlaşdırma hələlik yalnız 2 zolaq üzrə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti