...

Bakıda təmirə bağlanan yol istifadəyə verilib

Cəmiyyət Materials 14 Aprel 2014 09:22 (UTC +04:00)
P.Mürsəliyev bildirib ki, artıq bütün işlər qurtarıb, xətlənmə işləri də tamamlanıb və yol istismara verilib.
Bakıda təmirə bağlanan yol istifadəyə verilib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda təmirə bağlanan yol istifadəyə verilib. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsində yerləşən tunelin giriş hissəsinə qədər olan 300 metrlik hissəsində aparılan təmir işləri aprelin 13-dən 14-nə keçən gecə başa çatıb.

P.Mürsəliyev bildirib ki, artıq bütün işlər qurtarıb, xətlənmə işləri də tamamlanıb və yol istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti