...

Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

Cəmiyyət Materials 14 Aprel 2014 13:10 (UTC +04:00)
Ötən həftəsonu ölkə ərazisində 12 yol qəzası qeydə alınıb, nəticədə 8 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/

Ötən həftəsonu ölkə ərazisində 12 yol qəzası qeydə alınıb, nəticədə 8 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trendə verilən məlumata görə, aprelin 12-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Məlumata görə, bazar günü, aprelin 13-də ölkə ərazisində 4 yol qəzası baş verib. Qəzalar zamanı 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti