...

Azərbaycanın su mənbələrindəki təhlükəli infeksiyaların aşkarlanması üçün monitorinqlər aparılacaq

Cəmiyyət Materials 16 Aprel 2014 12:38 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiya ölkədəki açıq su mənbələrində, çimərliklərdə vəba törədicilərinin və digər təhlükəli infeksiyaların aşkarlanması məqsədilə mayın 1-dən monitorinqlərə başlayacaq.
Azərbaycanın su mənbələrindəki təhlükəli infeksiyaların aşkarlanması üçün monitorinqlər aparılacaq

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiya ölkədəki açıq su mənbələrində, çimərliklərdə vəba törədicilərinin və digər təhlükəli infeksiyaların aşkarlanması məqsədilə mayın 1-dən monitorinqlərə başlayacaq.

Stansiyanın direktor müavini Şair Qurbanov Trend-ə deyib ki, monitorinq insanların çox istifadə etdiyi və onların həyatı üçün çox vacib olan 100-dən çox su mənbəsində aparılacaq. Monitorinqlər noyabrın 1-dək davam edəcək. Bu müddətdə hər həftə müayinələr aparılacaq və nəticələr müəyyənləşdiriləcək.

Ş.Qurbanovun sözlərinə görə, adətən, insanlar arasında təhlükəli infeksiyaların yaratdığı xəstəliklər aşkarlandıqda monitorinqlərin aparılması üçün daha çox su mənbələri müəyyənləşir.

O, içməli su mənbələrində ən təhlükəli infeksiyanın vəba törədiciləri olduğunu bildirib.

Direktor müavini Azərbaycanda ötən il aparılan monitorinqlər zamanı infeksiyaların aşkarlanmadığını da əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti