...

Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır

Cəmiyyət Materials 18 Aprel 2014 14:59 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu bütöv Azərbaycanın dialekt sisteminin atlasını hazırlayır.
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu bütöv Azərbaycanın dialekt sisteminin atlasını hazırlayır. Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev deyib.

Onun sözlərinə görə, bu atlasda İran, Gürcüstan və Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların dialekt xüsusiyyətləri ümumiləşdirilmiş formada öz əksini tapacaq. Hazırda isə Naxçıvan və Qarabağın dialektoloji atlasının hazırlanması üzərində iş aparılır.

Alim qeyd edib ki, dialektologiyanın inkişaf etdirilməsi təkcə elmi deyil, həm də tarixi, siyasi, ictimai məsələdir.

İnstitut direktorunun sözlərinə görə, bu gün Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş rayonlarının şivələri pərakəndə haldadır və məhv olub gedir.

T.Hacıyev bildirib ki, dialektologiya sahəsində müəyyən dərəcədə tədqiqat işləri aparılır. Amma bu sahədə dialektik materialları özündə toplayan xüsusi nəşr yoxdur. İnstitut direktoru bu baxımdan atlasın hazırlanmasının xüsusi əhəmiyyətinin olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti