...

Azərbaycanın internet provayderləri genişzolaqlı portların daşınması xidmətini işə salıblar

Cəmiyyət Materials 6 May 2014 12:13 (UTC +04:00)
Yeni servis Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrindəki mobil nömrələrin daşınması xidmətinin analoqudur.
Azərbaycanın internet provayderləri genişzolaqlı portların daşınması xidmətini işə salıblar

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın internet servis provayderləri öz istifadəçiləri üçün genişzolaqlı portların daşınması xidmətini işə salıblar. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə axşamı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Yeni servis Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrindəki mobil nömrələrin daşınması xidmətinin analoqudur.

Nazirin sözlərinə görə, mobil şəbəkələrdən fərqli olaraq servisin bütün internet provayderləri tərəfindən eyni vaxtda işə salınması böyük səy tələb edir, çünki internet bazarında oyunçuların sayı xeyli çoxdur (40-dan artıq internet provayder var): "Bu gün xidmət aparıcı internet xidmətlərinin tədarükçülərinin şəbəkələrində əlçatandır. Xidmətin internet provayderlərin şəbəkələrində tətbiqi davam edəcək. Onun tətbiqi bazarda sağlam rəqabət mühiti yaradacaq ki, bu da öz növbəsində göstərilən internet xidmətlərinin keyfiyyətinə, eləcə də tariflərə təsir göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti