...

Bakıda yeni Gənclər Evi açıldı (FOTO)

Cəmiyyət Materials 13 May 2014 14:18
Bu gün Sabunçu rayonunda yeni Gənclər Evinin açılış mərasimi keçirilİb.
Bakıda yeni Gənclər Evi açıldı (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 may /Trend/

Bu gün Sabunçu rayonunda yeni Gənclər Evinin açılış mərasimi keçirilİb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmiş Gənclər Evinin açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Sabunçu rayonunun icra başçısı Adil Vəliyev və digər rəsmilər iştirak edib.

A.Rəhimov qeyd edib ki, sayca 28-ci olan Sabunçu Gənclər Evində gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün hər bir şərait yaradılıb: "Trenajor, fitnes zalları, kompüter otaqları, bir sözlə ən rahat şərait. Sadəcə, gənclərimizin daha aktiv və yaradıcı olmaları yetərlidir. Təbii ki, bu, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir."

Qeyd edək ki, obyektin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində 0.1250 ha torpaq sahəsi ayrılmışdı. Tikinti işlərinə 2012-ci ilin sonunda başlanılmışdı. Gənclər evinin tikinti altı sahəsi 612 m2, ümumi sahəsi 1715,87 m2, yaşıllaşdırma işləri 70 m2, səki və asfalt örtüyü 568m2 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti