Gecikmənin səbəbi barədə məlumat əlavə olunub (ilk xəbər saat 18:34-də yayılıb)
Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/
Bakı Metropolitenində qatarların hərəkətində gecikmə qeydə alınıb.
Trend-in əməkdaşının məlumatına görə, saat 18:20-dən etibarən "Həzi Aslanov" istiqamətində qatarların hərəkətində gecikmə müşahidə olunub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, gecikmələrə səbəb "İnşaatçılar" stansiyasında vaqonun qapılarından birinin açılmaması olub. Vaqonun qapısı açılıb sərnişinlər təxliyyə olunduqdan sonra qatar depoya göndərilib. Hazırda qatarların hərəkəti qrafikə uyğun davam etdirilir.